Qaynar xətt:

(+99450) 247 90 86

Rusiyada benzin bahalaşdı 

DÜNYA

308

03.04.2025, 11:45

“Kommersant” qəzeti “PetroMarket” marketinq şirkətinin tədqiqat məlumatlarına istinadən yazır ki, yanacaqdoldurma məntəqələrində  yanacağın satışı bahalaşıb.

Oxu24.com xəbər verir  ki, martda Aİ-92 və Aİ-95 markalı benzinin satışında xalis marja müvafiq olaraq 2,4 və 1,8 dəfə artaraq 6 və 7 rubla çatıb.

Ötən ilin sonunda bu rəqəmlər 2,5 və 3,8 rubl olub.

Dizel yanacağının satışında xalis marja litr üçün 0,6 əvəzinə 5,8 rubla çatıb.

Reuters ekspertləri marjanın artımını yanacaqdoldurma məntəqələrinin neft bazalarından yanacaq aldığı kiçik topdansatış qiymətlərinin azalması ilə əlaqələndiriblər.

Bu tendensiya 2024-cü ilin sonunda neft bazalarında yanacaq ticarəti marjasının son illərdəki ən yüksək səviyyələrindən biri ilə əlaqədar formalaşıb.

Martın birinci yarısında Rusiya  Prezident Akademiyasının İPEİ-də institutların və maliyyə bazarlarının təhlili laboratoriyasının rəhbəri Aleksandr Abramov bildirib ki, Rusiya yanacaqdoldurma məntəqələrində benzinin qiymətləri 2025-ci ilin aprelində 24 faiz artacaq.

Bu il ABŞ Rusiyanın enerji sektoruna qarşı ən genişmiqyaslı sanksiyalarını tətbiq etdi. Sanksiya paketinə Rusiya neft sənayesinin bir neçə nümayəndəsi daxildir: Surqutneftegaz, Qazprom Neft, həmçinin Qazprom Neft, Zarubejneft rəhbərləri və Lukoil prezidenti.

Miri